Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu səhər Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Fələstin və Ukrayna məsələləri görüşün ən mühüm mövzuları olacaq.

İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanıması qərarından sonra keçiriləcək ilk Aİ Xarici İşlər Nazirləri toplantısında digər ölkələrin də bu qərarı verib-verməyəcəyi maraq doğurur.

Xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər xarici işlər nazirləri ilə də görüşəcəklər.

 

Gözəl Həşimova