2022-ci ilin fevralında Rusiya ilə müharibə başlayandan sonra Ukraynadan qaçan 4,2 milyon insan Avropa İttifaqı (Aİ) ölkələrində müvəqqəti himayədədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında deyilir.

Məlumata görə, Aİ ölkələrində müvəqqəti qoruma statusuna malik 4,2 milyon ukraynalı daha çox Almaniya, Polşa və Çexiyada yaşayır.

Almaniya təxminən 1,2 milyon, Polşa 958 min, Çexiya 358 min ukraynalıya ev sahibliyi edir. Bundan əlavə, İspaniyada 187 min, Bolqarıstanda 166 min, İtaliyada 161 min, Rumıniyada 140 min, Hollandiyada isə 135 min ukraynalı var.

Bildirilib ki, müharibədən dərhal sonra Ukraynanı tərk edənlərin sayı 8 milyona çatıb və bu insanların əhəmiyyətli bir hissəsi sonradan öz ölkələrinə qayıdıb.

 

Gözəl Həşimova