Avropa İttifaqı (Aİ) Ukraynaya qoşun göndərilməsi ilə bağlı heç bir qərar qəbul etməyib, bu məsələ Aİ-yə üzv dövlətlərin üzərinə düşür.

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Piter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Avropa İttifaqı səviyyəsində Ukraynaya qoşun göndərmək barədə qərar yoxdur. Ukraynaya hərbi cəhətdən necə dəstək vermək məsələsi üzv ölkələrin öz məsuliyyətidir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova