Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/ Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrell ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, görüş zamanı "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib.

Xarici işlər naziri Ceyhun Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə mövzusu olub.

 Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunub