Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, çağırışlar nəticəsində 3 nəfər hospitalizasiya olunub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən  şəxslərdən 2-si xarici, biri azərbaycanlıdır.