"kosmosa çıxış bütün dövlətlərin suveren hüququdur və bu hüquqdan yalnız dinc məqsədlər üçün istifadə edilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Cakartada keçirilən sammitinin yekununda verilən bəyanatda deyilir. 

“Biz bir daha bəyan etdik ki, kosmosa çıxış bütün dövlətlərin ayrılmaz hüququdur və kosmosdan istifadə yalnız dinc məqsədlər üçün və bəşəriyyətin kollektiv mənafeyi naminə olmalıdır”, - liderlər vurğulayıblar.

Qeyd edək ki, ASEAN sammiti çərşənbə axşamı Cakartada başlayıb. Sammitdə bir sıra sahələrdə inteqrasiya və genişləndirilmiş əməkdaşlığa, eləcə də bir sıra regional məsələlərə diqqət yetiriləcək. 

ASEAN 1967-ci ildə yaradılıb və 10 ölkəni - Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamı birləşdirir.