Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir və bu barədə müvafiq sorğu göndərib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Luis Petri “X” hesabında məlumat verib.
O bildirib ki, Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana ilə görüşüb və xahişi ona çatdırıb:
“Mən Argentinanın alyansın qlobal tərəfdaşı olmaq istəyini ifadə edən niyyət məktubu təqdim etdim. Biz qüvvələrimizi NATO standartlarına uyğun modernləşdirməyə və öyrətməyə imkan verəcək əlaqələri bərpa etmək üçün işi davam etdirəcəyik”, - L. Petri bildirib.