Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) 2023-cü ilin sonuna kimi Ukrayna və Moldova ilə bu ölkələrin birliyə daxil olması ilə bağlı danışıqlara başlayacağını gözləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının Brüsseldə keçirilən sammiti çərçivəsində baş tutan mətbuat konfransında AP prezidenti Roberta Metsola deyib.

"Avropa Parlamenti Aİ-nin bu il Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayacağını gözləyir", - Metsola bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti Aİ ölkələrinin bu ölkələrlə danışıqlara başlamaq məsələsində birliyə nail olacağına ümid edir. O vurğulayıb ki, AP Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqlara başlamaq üçün Aİ Şurasının qərarını tam və operativ şəkildə dəstəkləyəcək.