ABŞ dövlət katibi Antoni Blinkenin regional gərginliyi cilovlamaq üçün Yaxın Şərqdə bir həftəlik araşdırmaya başlaması ilə neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 1,69% bahalaşaraq 78,90 ABŞ dolları olub.

“WTI" markalı neftin fevral müqaviləsində bir barelin dəyəri isə 2,44% artaraq 73,95 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova