Bu il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyon 56 min 921 olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Antalya Valiliyi Bölgə Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Məlumata görə, dənizi, qumu, günəşi və təbii gözəllikləri ilə Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalyada 2023-cü il turizm göstəricilərində artım davam edir.

2023-cü il yanvarın 1-dən avqustun 10-dək Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyon 56 min 921 nəfər olub.

Yerli və xarici turistlərin diqqət mərkəzində olan Antalyada 2023-cü ilin turizm məlumatları 2022-ci illə müqayisədə yüzdə 21 artımla müşahidə olunub.

Avqustun ilk 10 gününə əsasən, 2022-ci illə müqayisədə turist sayı 11 faiz artaraq 872 min 833 nəfər olub.

Antalya bu rəqəmlərlə turizmdə rekordlar ili adlandırılan 2019-cu ili geridə qoyub.