Antalyanın Alanya rayonunda turist maşını ilə avtomobilin toqquşması nəticəsində 2 turist ölüb, 17 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbə verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, turist avtomobili ilə eyni istiqamətdə hərəkət edən digər bir avtomobil toqquşub. Toqquşmanın təsiri ilə turist avtomobili qarşı zolağa çıxıb.

Qəza yerinə təcili yardım, xilasetmə və jandarma qrupları sövq edilib.

Qəzada turist avtomobilində olan 2 turist həyatını itirib. Hər iki avtomobildə olan diər 17 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.