Antalyanın Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın baş verib. Yanğın havadan və qurudan müdaxilə ilə nəzarət altına alınıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının səbəbi hələlik dəqiqləşməyib. 

Ətrafdakı insanlar tüstünü görən kimi aidiyyəti qurumlara xəbər verib. Bundan sonra Antalya Meşə Regional Müdirliyinə bağlı qruplar əraziyə sövq edilib.

Qrupların yaşayış məntəqələrinə yaxın ərazidə 3 helikopter, 4 təyyarə, 7 su çəni və 6 su tankeri ilə müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.

Yanğın zamanı 1,5 hektar meşə sahəsinə ziyan dəydiyi müəyyən edilib.

Ərazidə soyutma işləri davam edir.