Ankarada günorta saatlarına doğru başlayan və zamanla kəskinləşən leysan səbəbindən nəqliyyatın hərəkəti çətinləşib, küçə və prospektlərdə gölməçə yaranıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağan leysan səbəbindən bəzi yollarda qəzalar baş verib.

Mağaza sahibləri selin qarşısını almaq üçün mağazaların qarşısındakı suyu boşaldıblar.

Bölgə və Ankara Böyükşəhər Bələdiyyəsi qrupları küçə və yollarda yığılan suyu boşaltmaq üçün işlər aparır.