Ankara Respublika Baş prokurorluğu Təhlükəsizlik Baş İdarəsinə qarşı törədilən terror aktı ilə bağlı istintaq başladıb, mətbuata yayım qadağası qoyulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. 

Respublika Baş Prokurorluğundan verilən yazılı açıqlamada qeyd edilib: "1 oktyabr 2023-cü il tarixində terrorçular tərəfindən Təhlükəsizlik Baş İdarəsinin giriş qapısına edilən hücumla əlaqədar Ankara Respublika Baş Prokurorluğumuz tərəfindən istintaq başladıldı. Hücumla bağlı Ankara Sülh Cəza Məhkəməsi Növbətçi Sülh Məhkəməsi tərəfindən  mətbuata yayım qadağası qərarı verildi". 

*** 11:17

Türkiyə daxili işlər naziri Ali Yerlikaya yüngül ticari avtomobillə gələn iki nəfərin Ankarada bombalı hücuma cəhd etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir Yerlikaya sosial şəbəkədə açıqlama verib. 

"Saat 09:30 radələrində Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına yüngül ticari avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Yanğın zamanı 2 polisimiz yüngül xəsarət alıb. Qəhrəmanlarımızın tezliklə sağalmasını arzu edirəm.

Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz amansızcasına davam edəcək", - Yerlikaya qeyd edib.

*** 11:17

Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında eşidilən partlayış baş verib. Partlayışdan sonra polis qüvvələri bölgədə geniş təhlükəsizlik tədbirləri görüb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Çankaya darvazasına yaxın bir nöqtədə törədilən partlayış səbəbiylə Atatürk Bulvarı nəqliyyatın hərəkətinə bağlanıb.

Hadisə yerinə xüsusi əməliyyat polisi də gəlib. Yanğınsöndürmə briqadaları və tibb qrupları da hadisə yerindədir.