Ukrayna hakimiyyəti münaqişənin dondurulmasına razı deyil.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib.

"Biz heç vaxt münaqişənin dondurulması ilə razılaşmamışıq və ya qəbul etməmişik”, - deyə o qeyd edib.

Bir müddət əvvəl ukraynalı politoloq Dmitri Korneyçuk Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə barışıqa hazırlaşdığı açıqlamasını vermişdi.