Vəkillər Kollegiyasının sədri Anar Bağırov intihar edən vəkil Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, sədr vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemin olmadığını söyləyib.

"Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq", - A.Bağırov əlavə edib.

Sədr mərhum Zaur Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.

Qeyd edək ki, vəkil Z.Məmmədov bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.