ABŞ-də seçicilərin 73%-i 80 yaşlı prezident Co Baydeni gələn il namizəd kimi görmək istəmir.

Bu barədə İqtisadiyyat.az "Wall Street Journal"a (WSJ) istinadən xəbər verir.

ABŞ-də aparılan sorğuya görə, seçicilərin 73%-i Co Baydeninin çox qoca olduğunu düşünür. Eyni zamanda, seçicilərin çoxu Donald Trampın prezidentliyi dövrünün Baydendən daha uğurlu olduğunu düşünürlər. Belə ki, respondentlərin 51%-i Trampın prezidentlik dövrünü daha uğurlu hesab edib.

 

Gözəl Həşimova