Almaniya höküməti bu ilin ilk üç rübündə 8,76 milyard avro dəyərində silah ixracını təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az “Der Spiegel”ə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövründə Almaniya 8,35 milyard avro dəyərində silah ixrac edib. Bu il ixracın təxminən yarısını silah və digər hərbi texnika təşkil edib.

Ümumilikdə, hökumət təsdiqlənmiş ixracatın 90%-dən çoxunun Avropa İttifaqı və NATO ölkələrinə getdiyini bildirib.

 

Gözəl Həşimova