"Almaniyanın əhalini dəstəkləmək üçün pul qalmayıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətinin şərq məsələləri üzrə komissarı Karsten Şnayder "ARD" telekanalına müsahibəsində bildirib.

“Almaniyadakı maliyyə vəziyyəti ilə bağlı düzünü desəm, ölkənin pulu qalmayıb. Ona görə də dövlətin əhaliyə əlavə dəstək üçün pulu yoxdur", - deyə Şnayder qeyd edib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın kansleri Olaf Şolts bu ilin büdcəsinin müəyyən edilməsinin çətin olacağını bildirib. Bununla belə o, dövlət tərəfindən sosial təminatlarda azalma olmayacağını da əminliklə qeyd edib.

 

Əli Ağayev