Almaniyada aylarla davam edən müzakirələrdən sonra federal hökumət və ştatlar qaçqın böhranının maliyyə yükünü bölüşmək barədə razılığa gəliblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Berlində keçirilən sammitdə Baş nazir Olaf Şolts miqrasiya mövzusunda məhdud imkanları olan əyalətlərin nazirləri ilə görüşüb.

Nazir görüşdən sonra bildirib ki, Almaniyada federal hökumət hər bir qaçqın üçün ştatlara 7500 avro ödəyəcək. Bildirilib ki, Almaniyaya qeyri-qanuni immiqrasiyanın azaldılması ortaq hədəf olmağa davam edir.

Rəsmi rəqəmlərə görə, Almaniyada 1 milyondan çox Ukrayna vətəndaşı var.

 

Gözəl Həşimova