Almaniyada işsizlik səviyyəsi iyunda 6%-ə yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyi məlumat yayıb.
Məlumata görə, ölkədə işsizlik səviyyəsi 2021-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.
May ayında Almaniyada işizlik səviyyəsi 5,9% təşkil edib.
Bildirilib ki, ölkədə işsizlərin sayı 19 min nəfər artıb.
Gözəl Həşimova