Almaniyada cinayət nisbətləri ötən il 2022-ci ilə nisbətən 5,5% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Nensi Fazer bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ölkə daxilində cəmi 5 milyon 940 min cinayət qeydə alınıb. Hesabbat dövründə şiddət cinayətlərinin sayı 8,6% artaraq 214 min 99-a çatıb.

Bildirilib ki, şiddətli cinayətlər, gənclərə qarşı cinayətlər və əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı artıb.

 

Gözəl Həşimova