Almaniyanın maliyyə naziri Kristian Lindner hazırda Almaniyadan Ukraynaya yardımın artırılması üçün heç bir ilkin şərt görmür. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, NTV telekanalına müsahibəsində bildirib.

"Almaniya Ukraynanın tərəfindədir. Biz silah sistemləri təmin edir, maliyyə yardımı göstəririk və bir çox insanı müdafiə edirik. Almaniya Ukrayna üçün "dünyada ikinci ən böyük donor"dur. Almaniya Avropadan gələn bütün yardımların yarısını maliyyələşdirir. Hazırda daha çox iş görülməli olduğuna dair heç bir əlamət yoxdur", - deyə nazir Berlinin Kiyevə daha çox yardım göstərməsinin lazım olub-olmaması sualına cavab verib.

Bununla belə, onun sözlərinə görə, istənilən halda yükün ölkələr arasında daha yaxşı bölüşdürülməsinə nail olmaq lazımdır.

Qeyd edək ki, Almaniyanın 2024-cü il büdcəsində Kiyevə silah tədarükü üçün 8 milyard avro ayrılıb. 2022-ci ilin fevralından isə Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi 25 milyard avronu keçib.