Almaniya Kiyev hakimiyyətinə ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketi təqdim edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerovla görüşündə bildirib.

Yeni paketə, xüsusən, daha dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemi, 60 müxtəlif tipli kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı, 20-yə yaxın radar, həmçinin 20 min 155 mm-lik artilleriya mərmisi daxil olacaq. Beləliklə, Almaniya Kiyevə ümumilikdə 12 IRIS-T SLM qurğusu vəd edib. Bunların ilk üçü artıq təhvil verilib, dördüncünün isə gələn qışda gəlməsi gözlənilir. Daha dörd sistem də daxil olmaqla ikinci partiyanın 2024-cü ildə ötürülməsi planlaşdırılır. 

"Bild" qəzeti qeyd edib ki, Almaniya bu günə qədər Kiyevə 20 min 155 mm-lik artilleriya mərmisi ötürüb.