Almaniya Bundestaqının Xristian Demokratik və Xristian Sosial İttifaqının (CDU/CSU) üzvləri Rusiyadan təbii qaza əsaslanan kimyəvi xammalın idxalını məhdudlaşdırmağı təklif ediblər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Moskvaya qarşı yeni tipli sanksiyaların tətbiqi məsələsi deputatlar tərəfindən Almaniya hökumətinə müraciətdə qaldırılıb.

“Federal hökumət təbii qaza əsaslanan Rusiya kimyəvi xammalının Aİ-yə idxalına rüsumların artırılması və ya təbii qaza əsaslanan Rusiya kimyəvi xammalının Aİ-yə idxalını məhdudlaşdırmaq üçün digər tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirik”, -deputatlar bildiriblər.