Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrini İsraili dəstəkləməyə dəvət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Liderlər Zirvəsi zamanı jurnalistlərə açıqlama verib.

"İndi məsələ İsrailin HƏMAS-ın dəhşətli hücumuna qarşı öz ölkəsini müdafiə etməsini dəstəklədiyimizi aydın şəkildə bildirməkdir", - Şolts deyib.

O, bütün əsirlərin azad edilməsi üçün səy göstərəcəklərini və Qəzza xalqına humanitar yardım göstərəcəklərini bildirib.

Kansler bölgədə münaqişənin böyüməməsi üçün hər şeyin edilməsi lazım olduğunu vurğulayıb: "Şimalda öz fəaliyyətləri ilə müharibəyə girən Hizbullah və ya İran və onun vəkilləri bir şəkildə müdaxilə etməyə çalışmamalıdır".