Almaniya silahlı qüvvələri “Rheinmetall” şirkəti ilə "Puma" piyada döyüş maşınları üçün yüz minlərlə 30 mm-lik sursat almaq üçün müqavilə imzalayıb. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, sifarişin dəyəri 350 milyon avrodur. Çatdırılma bu il başlayacaq və 2027-ci ilə qədər davam edəcək.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Almaniya kansleri Olaf Şoltz silahlı qüvvələrin modernləşdirilməsi üçün 100 milyard avro məbləğində xüsusi fondun yaradılmasını elan edib.

 

Əli Ağayev