Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

"Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərə zərər verməmək üçün çalışırıq”, - deyə prezident qeyd edib.

*** 23.20

Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Veçernje novosti” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.

Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar