"Ermənistan və Avropa İttifaqının ümumi dəyərləri var və qaydalara əsaslanan dünya nizamına sadiqdirlər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: "Avropa İttifaqı və Ermənistanı ümumi dəyərlər və qaydalara əsaslanan dünya nizamına bağlılıq birləşdirir. Bu çətin dövrlərdə biz ikitərəfli münasibətləri inkişaf etdirməyə davam etmək niyyətindəyik".