Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edəcəklər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, XİN Şurasının əsas iclası üç mövzuya həsr olunacaq.

Bu müzakirələrə Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlər daxildir.

Eyni zamanda, nazirlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə və bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətinə toxunacaqlar.