Avropa İttifaqı ölkələrinin səfirləri ilk dəfə noyabrın 17-də Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə etmək niyyətindədirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyadan çuqun, mis, alüminium məftil və folqaların Aİ-yə idxalına qoyulan məhdudiyyətlərdən əlavə, yeni sanksiyalar paketinə mayeləşdirilmiş propan da daxildir.

Qeyd edək ki, Aİ ölkələrinin Rusiyaya qarşı yeni məhdudiyyətləri nə vaxt təsdiq edəcəyi hələ məlum deyil, lakin bunun dekabrın ortalarında və ya ilin sonuna qədər olacağı gözlənilir.

 

Gözəl Həşimova