Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübü üçün şirkətlərin iflas məlumatlarını açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, müvafiq olaraq, sözügedən dövrdə şirkət iflaslarının sayı 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Beləliklə, bu ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.

Məlumata görə, şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə yüzdə 8,4 artaraq məlumatların toplanmağa başlanıldığı 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.