Avropa İttifaqı (Aİ) nüvə silahı proqramını yarada bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu “Tagesspiegel” nəşrinə müsahibəsində Avropa Parlamentinin sədr müavini Katarina Barli deyib.

O, ABŞ-nin keçmiş prezidenti Donald Trampın NATO ölkələrinə hücumları təşviq etmək planları ilə bağlı son bəyanatlarını şərh edib: “NATO hazırda Avropada nüvə silahından çəkindirməyə cavabdehdir və alyans çərçivəsində bu sahədə öhdəlikləri yerinə yetirmək Birləşmiş Ştatların maraqlarına uyğundur. Donald Trampın son açıqlamalarını nəzərə alsaq, buna artıq arxalana bilmərik. Bu məsələ Aİ-də Ümumavropa ordusunun yaradılması yolunda müzakirəyə çıxarıla bilər”.