Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq barədə razılığa gəliblər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Qırmızı dənizdə Avropa missiyasının yaradılması ilə bağlı razılığa gəldik və belə bir missiyanın müxtəlif imkanlarını müzakirə etdik", - diplomat bildirib.