Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının 12-ci paketi zinət əşyalarına təsir edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "EUobserver" portalı məlumat yayıb.

Məlumata görə, Aİ sənədində Rusiya almazlarına təklif olunan genişmiqyaslı qadağanın təfərrüatları açıqlanıb. Belə ki, Avropa İttifaqının yeni sanksiyalar siyahısına istənilən mirvari, brilyant, qızıl və gümüşdən bəzədilmiş zinət əşyaları daxildir.

Qeyd edək ki, Aİ-nin yeni sanksiyalar paketinin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

 

Gözəl Həşimova