"Avropa İttifaqının (Aİ) qalıq yanacaqlardan imtina etmək siyasəti inkişaf etməkdə olan ölkələrdə təxminən 100 milyon insanı yoxsulluqla təhdid edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “La Reppublica” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

"İnkişaf etmiş ölkələr iqlim məqsədləri üçün maliyyə yardımının səfərbər edilməsi üzrə donor öhdəliklərini tam yerinə yetirmirlər. Orta müddətli perspektivdə iqtisadi artımı və rifahı təmin etmək üçün fosil mənbələrinə alternativ yoxdur. Bundan əlavə, Qərbin birtərəfli anti-Rusiya sanksiyaları ümumi iqlim məqsədlərinə nail olmağı çətinləşdirir", - deyə o, bildirib.

 

Gözəl Həşimova