Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynaya dəstək, miqrasiya, sanksiyalar və iqtisadiyyatı müzakirə etmək üçün bir araya gəliblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Aİ Liderlər Sammitinin ikinci gününün sessiyaları başlayıb.

Avropa İttifaqına üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə ediləcək. İclasda Ukraynaya veriləcək maliyyə, hərbi və humanitar dəstək dəyərləndiriləcək.

 

Gözəl Həşimova