“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropanın norma və dəyərlərinə uyğun gəlmir”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski bildirib.

O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.