Avropa İttifaqı (Aİ) Ermənistana hərbi yardım ayrılması, eləcə də vətəndaşlar üçün viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuata açıqlamasında deyib.

"Avropa Sülh Fondu çərçivəsində Fonddan Ermənistana hərbi yardım göstərilməsi, eyni zamanda Ermənistan üçün viza rejiminin liberallaşdırılması imkanlarını araşdıracağıq", - deyə o bildirib.