Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəngilan rayonunun Ağalı kəndi ərazisində fəaliyyət göstərən “Northwest” MMC tərəfindən tikinti işləri aparılarkən ağacların kəsildiyi müəyyən edilib.

Bu barədə İqtisadiyyat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı “Northwest” MMC-nin səlahiyyətli nümayəndəsi Firdovsi Abbasov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.