Vaşinqtonun Kiyevə yardımı ABŞ ordusunun iştirakı ilə daha böyük münaqişənin qarşısını almağa kömək edə bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə hərbi əməliyyatlarda iştirak etmək qabiliyyətinə qarşı çıxmaq Amerika qoşunlarının iştirakının tələb oluna biləcəyi daha böyük münaqişənin qarşısını ala bilər.