"ABŞ prezidenti Co Bayden Hindistanda keçiriləcək G20 sammitində Ukrayna münaqişəsinin nəticələrinə toxunacaq və "ədalətli sülh" üçün çağırış edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Prezident Bayden əvvəllər olduğu kimi, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin prinsiplərinə, ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında ədalətli və davamlı sülhə çağırış edəcək. O, ABŞ-nin lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcəyini bir daha bəyan edəcək", - Sallivan qeyd edib.