ABŞ-nin Ukraynaya yeni yardım paketinə artilleriya sursatları, tank əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri daxildir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.

"ABŞ Ukraynaya dəstək üçün artilleriya sursatları, HIMARS, tank əleyhinə sistemlər, silahlar üçün patronlar və hava hücumundan müdafiə sistemlərini əhatə edəcək yeni təhlükəsizlik yardımı paketini elan edir", - o bildirib.