"ABŞ Suriyada Vaşinqtonun Tehranla əlaqəli qruplara zərbələr endirməsinə baxmayaraq, İranla gərginliyi və ya münaqişəni daha da artırmağa çalışmır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

"Müdafiə naziri Lloyd Ostinin dünən axşam verdiyi açıqlamada dediyi kimi, biz münaqişəni gərginləşdirməkdə maraqlı deyilik. Heç kim İranla münaqişəyə can atmır", - diplomat deyib.