"Birləşmiş Ştatlar Ekvador hakimiyyəti ilə Cənubi Amerika ölkəsində zorakılığın başlanmasından sonra aparılan araşdırmalara köməklik imkanlarını müzakirə edəcək, lakin vəziyyəti həll etmək üçün qoşun göndərmək niyyətində deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Mən Amerika qoşunlarının gəlməsi ehtimalı və ya buna bənzər bir şey haqqında danışmazdım. Bununla bağlı heç bir planımız yoxdur", - Kirbi deyib.

"Amma, əlbəttə ki, biz Ekvador hakimiyyəti ilə onların hansı yardıma ehtiyacı ola biləcəyini, ola bilsin ki, araşdırmaların aparılması və ya buna bənzər bir şeyin lazım olduğunu müzakirə etməyə hazırıq. Hazırda bunu edirik", - Kirbi əlavə edib.