"Amerika administrasiyası ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tsinpin arasındakı görüşün məhsuldar olacağını və gələcək ünsiyyətə xidmət edəcəyini gözləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Biz hamımız bu gün məhsuldar müzakirəni səbirsizliklə gözləyirik və ümid edirik ki, bu görüş gələcəkdə komandalarımız arasında gələcək ünsiyyət və dialoqa səbəb olacaq", - Kirbi qeyd edib.

San-Fransiskoda baş tutacaq danışıqlar Si Tsinpin və Baydenin ABŞ prezidenti kimi fəaliyyətə başlamasından bəri yeddinci təmas olacaq, lakin onların yalnız ikinci üz-üzə görüşü olacaq.