Afrika İttifaqının Təhlükəsizlik və Sülh Şurası Niger üsyançılarına qarşı güc tətbiq etməkdən çəkinmək qərarına gəlib. Ölkə müvəqqəti olaraq təşkilatda iştirakını dayandırıb.

İqtisadiyyat.az bu barədə “Le Monde” nəşrinə istinadən məlumat verir.

Müvafiq qərar qitədəki hərbi münaqişələrin həllinə cavabdeh olan Afrika İttifaqının orqanı olan Təhlükəsizlik və Sülh Şurasının iclasının yekunları üzrə qəbul edilib. Görüşdə iştirak edən bir neçə diplomat qəzetə bildirib ki, görüş on saatdan çox davam edib. Təhlükəsizlik və Sülh Şurasının Nigerə hərbi müdaxilədən imtina ilə bağlı mövqeyi bu gün press-reliz şəklində açıqlanacaq.

Qəzet Afrika İttifaqı orqanının qərarının üsyançılarla dialoq üçün addımlar atan, eyni zamanda Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) mövqeyindən fərqləndiyinə diqqət çəkir.