Afrika yavaş-yavaş, lakin şübhəsiz ki, iki yerə bölünür.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, geoloqların fikrincə, bu, milyonlarla il çəkəcək olduqca uzun bir prosesdir.

Mütəxəssislər bildirirlər ki, nəticədə Şərqi Afrikanın bir hissəsi qitənin qalan hissəsindən ayrılacaq və ola bilsin ki, iki quru sahə arasında yeni okean yaranacaq. Nəhəng çatın minlərlə kilometr dərinliyə uzanan, dünyanın ən böyük çatlarından biri olan Şərqi Afrika Rift Sistemindən qaynaqlanacağı gözlənilir.

Rift sisteminin əhatə etdiyi ölkələr isə bunlardır: Efiopiya, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambik.

Məlumata görə, Afrikanın xəritəsi 5 milyon ildən sonra bugünkündən fərqli ola bilər.

 

Gözəl Həşimova