İdman markası “Adidas” Argentina milli valyutası pesonun devalvasiyasından sonra bir milyard avro itirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin 2023-cü il üzrə ilkin maliyyə nəticələri haqqında hesabatında deyilir.
Sənədə əsasən, şirkətin pərakəndə satışları ötən il 2022-ci illə müqayisədə 5% azalaraq 21,4 milyard avroya düşüb. Bununla da “Adidas”ın ötən il qazancı 2022-ci illə müqayisədə 2,5 dəfə azalıb.
Sadiq Cavadov