Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində daha 3 oyun baş tutacaq.

E qrupunda Slovakiya yığması Ukrayna millisini sınağa çəkəcək.

Digər iki oyun isə D qrupunda yer almış komandalar arasında baş tutacaq. Polşa yığması Avstriya millisi ilə üz-üzə gələcək. Günün ən maraqlı oyunu isə Niderland və Fransa yığmaları arasında keçiriləcək.

AÇ-2024

21 iyun

E qrupu

17:00. Slovakiya – Ukrayna

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf. “Merkur Spiel-Arena”.

D qrupu

20:00. Polşa – Avstriya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Berlin. “Olimpiya” stadionu.

23:00. Niderland – Fransa

Baş hakim: Adam Teylor (İngiltərə).

Leypsiq. “Red Bull Arena”.